satellite   Azerspace-1: 11135 H 30000

Çinin cənubunda torpaq sürüşməsi nəticəsində azı iki nəfər ölüb

Çinin cənubunda torpaq sürüşməsi nəticəsində azı iki nəfər ölüb

Çinin cənubundakı Quançjou şəhərində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

NTV xəbər verir ki, bu barədə “HK01” məlumat yayıb.

Qeyd olunub ki, təbiət hadisəsi evlərə ziyan vurub, 14 nəfər dağıntılar altında qalıb.

Axtarış-xilasetmə işlərinə 150-yə yaxın xilasedici və yanğınsöndürən cəlb olunub.

Əməliyyata Quandun əyalətinin qubernatoru Vanq Veyçonq rəhbərlik edir.

Son məlumata görə, hadisə nəticəsində 7 nəfər yaralanıb, iki nəfər isə həyati təhlükəsi olan xəsarətlər alıb. Hakimiyyət orqanları minlərlə yerli sakini təcili olaraq təxliyə edib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM