satellite   Azerspace-1: 11135 H 30000

Rusiya hərbçiləri Xersonda mülki şəxslərin olduğu avtobusu PUA ilə vurub

Rusiya hərbçiləri Xersonda mülki şəxslərin olduğu avtobusu PUA ilə vurub

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xerson şəhəri ətrafında mülki avtobusu pilotsuz uçuş aparatı ilə vurması nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb.

NTV-nin  xəbərinə görə, bu barədə Xerson vilayətinin dövlət administrasiyasının rəhbəri Aleksandr Prokudin Telegram kanalında məlumat verib.

“Rusiya hərbçiləri Xerson şəhərətrafı ərazilərdə qəsdən pilotsuz təyyarə ilə avtobusu vurublar. Təxminən 50 və 70 yaşlı iki kişi həlak olub. Hazırda müvafiq xidmətlər həlak olanların şəxsiyyətini müəyyənləşdirir. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm ”, - o yazıb.

Prokudinin sözlərinə görə, 10 qadın və 6 kişi olmaqla 16 nəfər yaralanıb: “Bu arada təcili yardım briqadası ağır yaralanan bir nəfəri qonşu rayona təxliyə edib. Həmçinin həyati orqanlarından ağır xəsarət alan 4 sərnişin hazırda reanimasiyadadır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM