satellite   Azerspace-1: 11135 H 30000

Qəzzada aclıqdan ölənlərin sayı 217-yə yüksəlib

Qəzzada aclıqdan ölənlərin sayı 217-yə yüksəlib

Qəzzadakı ərzaq böhranı fonunda qida çatışmazlığından ölənlərin sayı 217-yə çatıb ki, onlardan da 100-ü uşaqdır.

NTV xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzza zolağının xəstəxanalarında son 24 saat ərzində ikisi uşaq olmaqla, aclıq və qida çatışmazlığından beş ölüm hadisəsi qeydə alınıb. Beləliklə, aclıqdan ölənlərin ümumi sayı 100-ü uşaq olmaqla, 217-yə yüksəlib", - deyə məlumatda bildirilir.

Qəzza rəsmilərinin məlumatına görə, 2025-ci ilin əvvəlindən Qəzzada 163, 2024-cü ildə 50, bir il əvvəl isə daha 4 nəfər aclıqdan ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM