satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada ilin əvvəlindən 851 meşə yanğını olub, 56,2 min hektar sahə yanıb

İtaliyada ilin əvvəlindən 851 meşə yanğını olub, 56,2 min hektar sahə yanıb

İtaliyada ilin əvvəlindən iyulun 31-dək ümumilikdə 851 meşə yanğını baş verib.

NTV xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi ilə məşğul olan “Legambiente” assosiasiyasının hesabatında deyilir.

Bildirilir ki, hesabat dövründə ümumilikdə 56,2 min hektar meşə sahəsi yanıb. Bu ərazi 78 min 800 futbol meydançasına bərabərdir. Milli parklar və mühafizə olunan meşə ərazilərində isə 253 yanğın hadisəsi baş verib. Yanğınlar ən çox ölkənin cənub hissəsindəki Siciliya, Kalabriya, Apuliya, Basilikata, Kampaniya və Sardiniya regionlarında qeydə alınıb.

Qeyd edək ki, ötən ilin analoji dövründə İtaliyada 1515 yanğın olub, 50 min 802 hektar sahə yanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM