satellite   Azerspace-1: 11135 H 30000

NATO-nun Baş katibi Ukraynanın ərazi bütövlüyü ilə bağlı danışıqları qaçılmaz hesab edir

NATO-nun Baş katibi Ukraynanın ərazi bütövlüyü ilə bağlı danışıqları qaçılmaz hesab edir

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş ərəfəsində Ukrayna ilə bağlı ərazi məsələləri yenidən müzakirə mövzusuna çevrilib. Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin mövqelərinin uzlaşdırılması üçün məsləhətləşmələr aparacaqları gözlənilir.

NTV xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte bu istiqamətdə danışıqların qaçılmaz olduğunu bildirib.

O, ABŞ-ın ABC telekanalına müsahibəsində Ukraynanın suveren dövlət olduğunu, geosiyasi gələcəyini özünün müəyyənləşdirdiyini vurğulasa da, hazırda Rusiyanın Ukrayna ərazilərinin bir hissəsinə nəzarət etdiyini vurğulayıb.

Baş katib deyib ki, atəşkəsdən sonra ərazi məsələləri və Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələr gündəmə gələcək. Baş katib mümkün razılaşmanın Rusiyanın müəyyən ərazilərə faktiki nəzarətini təsdiq edə, lakin bu nəzarəti hüquqi baxımdan tanımaya biləcəyini istisna etməyib.

Mark Rutte buna misal olaraq Qərbin onilliklər boyu Sovet İttifaqının Baltik ölkələrini işğalını hüquqi olaraq qəbul etməməsini göstərib. O, ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirərək, qarşıdakı görüşün Rusiya Prezidenti Vladimir Putinin müharibəni bitirmək niyyətinin səmimiliyini yoxlamaq üçün mühüm sınaq olduğunu qeyd edib. Onun sözlərinə görə, bu görüş genişmiqyaslı danışıqlara doğru mühüm addım ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM