satellite   Azerspace-1: 11135 H 30000

Monteneqroda meşə yanğınları ilə mübarizə davam edir

Monteneqroda meşə yanğınları ilə mübarizə davam edir

Monteneqronun paytaxtı Podqoritsa ətrafında bir neçə yerdə meşə yanğını baş verib.

NTV  xəbər verir ki, hazırda ölkənin müxtəlif bölgələrində - Kufin Bulyariça, Durkoviç, Roge, Piperi, Kuçi, Kokoti, Bar, Budva, Nikşiç və Savnikdə yanğınların dava etdiyi, Çanjda isə nəzarət altında alındığı, Biyelo Polye və Biokovaşda lokallaşdırıldığı bildirilib.

Bəzi ərazilərdə yanğınlar evləri və əmlakı təhlükə altına qoyub. Qornya Qoritsadakı yanğın səbəbindən Nikşiçə gedən avtomobil yolu bağlanıb.

Yanğınların söndürülməsi üçün ölkə üzrə bütün mülki müdafiə qüvvələri səfərbər olunub. Əlavə yardımın göstərilməsi üçün Avropa İttifaqı, NATO və region ölkələri ilə əməkdaşlıq mexanizmləri işə salınıb. Serbiya yanğınsöndürənləri əməliyyatlara cəlb olunub. Xorvatiyadan da yardım göstəriləcəyi bildirilib.

Güclü külək yanğınların geniş əraziyə yayılmasına səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM