satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada ağcaqanadlar vasitəsilə yayılan virusa yoluxma halları artıb

Böyük Britaniyada ağcaqanadlar vasitəsilə yayılan virusa yoluxma halları artıb

Böyük Britaniyada qəfil hərarətə və oynaq ağrılarına səbəb olan, əsasən, Afrika və Cənubi Asiyada rast gəlinən ağcaqanad mənşəli virusa yoluxma hallarında əhəmiyyətli artım qeydə alınıb.

NTV  BBC-yə istinadla xəbər verir ki, bu ilin ilk altı ayında bu virusa 70-dən çox yoluxma halı təsdiqlənib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çoxdur.

Ölkədə xəstəliyi, əsasən, Hindistan, Şri-Lanka və Mavriki adasına səyahət edənlərin yaydığı bildirilir. Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi səyahət edənlərə ağcaqanad sancmalarına qarşı tədbir görməyi tövsiyə edib.

Qeyd edək ki, bu virus nadir hallarda ölümə səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM