satellite   Azerspace-1: 11135 H 30000

Latviya Ukraynaya 500 milyon avrodan çox hərbi yardım göndərib

Latviya Ukraynaya 500 milyon avrodan çox hərbi yardım göndərib

Latviyanın Ukraynada müharibənin əvvəlindən bəri Kiyevə göstərdiyi hərbi yardımın ümumi məbləği 500 milyon avronu ötüb.

NTV xəbər verir ki, bu barədə “Delfi” portalı Latviyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Builki yardımın dəqiq məbləği ilin sonunadək məlum olacaq. 2025-2026-cı illərdə Ukraynaya Latviya ÜDM-nin ən azı 0,25 faizi həcmində vəsait ayrılması planlaşdırılır. Yardıma ukraynalı hərbçilərin təlimi də daxildir", - nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2022-2023-cü illərdə Latviya ümumilikdə 370 milyon avro, 2024-cü ildə isə 134,8 milyon avro ayırıb. Ukraynaya pilotsuz uçuş aparatları, helikopterlər, haubitsalar, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri, "Patria" zirehli transportyorları və s. tədarük edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM