Avqustun 26-sı səhər Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki dəmir yolu vağzalının ərazisində yanğın baş verib.
NTV xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
Vağzalın ərazisini qatı tüstü bürüyüb. Bir neçə nəfərin tüstüdən zəhərləndiyi bildirilir, tələfatın olub-olmaması barədə hələlik məlumat verilmir.
Yanğının elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.
