satellite   Azerspace-1: 11135 H 30000

Zelenski bir gecədə 10-dan çox energetika infrastrukturu obyektinin zədələndiyini bildirib

 Zelenski bir gecədə 10-dan çox energetika infrastrukturu obyektinin zədələndiyini bildirib

Gecə ərzində bir neçə dalğa şəklində həyata keçirilən Rusiyanın yeni ballistik raket hücumu fonunda yenə də tərəfdaşlarımız tərəfindən heç bir xəbərdarlıq edilmədi. Hədəflər yenə enerji obyektləri və infrastrukturu idi, lakin tibb klinikaları, məktəb, metro stansiyası və adi yaşayış binaları da zədələndi. Ümumilikdə ruslar 16 ballistik raketdən istifadə etdilər və bu, Kiyevə və Kiyev bölgəsinə hədəflənmiş hücum idi. Onlar, həmçinin Xarkov və Dnepr bölgələrindən Volın, Rovno və Odessaya qədər yüzlərlə müxtəlif tipli, o cümlədən “Şahed” dronlarından istifadə etdilər. Təəssüf ki, itkilər var.

NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, gecə və bu səhər saatlarında Rusiya Vinnitsa, Volın, Kirovoqrad, Kiyev, Nikolayev, Jitomir, Xmelnitski, Xarkov, Ternopil, Odessa və Rovnodakı enerji obyektlərinə hücum edib. “Cəmi bir gecədə 10-dan çox enerji infrastrukturu obyekti zədələnib və ən azı 550 min ailə elektrik enerjisiz qalıb. Təmir briqadaları yerində işləyir”, - deyə Ukrayna Prezidenti əlavə edib.

Zelenski Ukraynanın heç vaxt bu müharibəni istəmədiyini vurğulayıb.

“Biz tərəfdaşlarımızın bu müharibəni ləyaqətlə başa vurmaq üçün etdiyi hər bir cəhdi qəbul etmişik və hər atəşkəs təklifinə müsbət cavabımız olub. Ballistik raketlər, “Şahed” dronları və qətllər Rusiyanın dəfələrlə verdiyi cavabdır. Hər bir tərəfdaş Rusiyanın imtinasını eşidəndə bununla şəxsən qarşılaşıb”, - deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM