satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Malayziyadakı səfiri etimadnaməsini Krala təqdim edib

Azərbaycanın Malayziyadakı səfiri etimadnaməsini Krala təqdim edib

Azərbaycanın Malayziyadakı səfiri Xəzər Fərhadov etimadnaməsini bu ölkənin Kralı Sultan İbrahimə təqdim edib.

NTV xəbər verir ki, bu barədə Azərbaycanın Malayziyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

Diplomatik nümayəndəlikdən qeyd olunub ki, təqdimetmə mərasimi Malayziyanın ali hökmdarının rəsmi iqamətgahı olan İstana Neqarada keçirilib.

Xatırladaq ki, 2026-cı il avqustun 7-si Azərbaycan Prezidenti İlham Əliyev Xəzər Fərhadovu respublikanın Kuala-Lumpurdakı yeni səfiri təyin edib.

Qeyd edək ki, Xəzər Fərhadov 2021-2026-cı illərdə Azərbaycanın Pakistandakı səfiri vəzifəsində çalışıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM