Türkiyənin İstanbul və Kocaeli şəhərlərində aramsız yağışlar səbəbindən baş verən sel fəlakətindən ölənlərin sayı 9-a çatıb.
NTV-nin məlumatına görə, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, axtarışları davam edən daha bir nəfərin nəşi sel sularından çıxarılıb, bununla da ölənlərin sayı 9-a yüksəlib.
Hazırda daha bir itkin şəxsin axtarışları davam etdirilir.
Xatırladaq ki, artıq bir neçə gündür Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Yağışların davam edəcəyi bildirilir.
