satellite   Azerspace-1: 11135 H 30000

Makron daxili işlər nazirinin istefasını qəbul etməyib

Makron daxili işlər nazirinin istefasını qəbul etməyib

Fransanın daxili işlər naziri Loran Nünez 17 oktyabr aksiyası zamanı baş verən zorakılıqlardan sonra istefasını prezident Emmanuel Makrona təqdim edib.

NTV  xəbər verir ki, Yelisey sarayının bazar ertəsi səhər yaydığı məlumata görə, dövlət başçısı istefanı qəbul etməyib və nazirə hüquq-mühafizə qüvvələrinin dağıdıcı qruplara qarşı fəaliyyətini gücləndirməyi tapşırıb.

“France Inter” radiosuna müsahibəsində Loran Nünez hadisələrə görə məsuliyyətin bir hissəsini üzərinə götürdüyünü bildirib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi bəzi ərazilərdə aksiyada iştirak edənlərin sayına uyğun olmayıb.

Nazir qeyd edib ki, şənbə günü keçirilən aksiyada iştirakçıların sayı sayı 500 minə çatıb. Təhlükəsizliyin təmin olunmasına səyyar polis və jandarm bölmələri də daxil olmaqla 60 min əməkdaş cəlb edilib.

Yelisey sarayının açıqlamasında prezidentin qərarı hüquq-mühafizə qüvvələrinin fasiləsiz idarə olunmasının vacibliyi ilə izah olunub. Emmanuel Makron, eyni zamanda, iğtişaşlara, dağıntılara və çoxsaylı mağazaların talan edilməsinə səbəb olan vəziyyətlə bağlı kəşfiyyat məlumatlarının toplanması və hadisələrin əvvəlcədən proqnozlaşdırılmasındakı nöqsanların araşdırılmasını, həmçinin şəffaflığın təmin olunmasını tələb edib.

Baş nazir Sebastyən Lökornüyə isə dəymiş ziyanın miqyasını müəyyənləşdirmək üçün böhran üzrə idarələrarası iclasa sədrlik etmək tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:57 19.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM