satellite   Azerspace-1: 11135 H 30000

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılma ərazisi genişlənir

Konqo Demokratik Respublikasında Ebola virusunun yayılma ərazisi genişlənir

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayıldığı ərazilərin sayı artır. Ölkənin səhiyyə orqanları Nor-Ubanqi əyalətində Ebola virusuna iki yeni yoluxma halının qeydə alındığını açıqlayıb. Yoluxanlardan biri həyatını itirib. Bununla da ölkədə virusun yayıldığı əyalətlərin sayı səkkizə çatıb.

NTV  xarici mediaya istinadla xəbər verir ki, Mərkəzi Afrika Respublikası ilə həmsərhəd olan Nor-Ubanqi əyalətində yoluxma hallarının aşkarlanması virusun yayılmasının qarşısının alınmasını daha da çətinləşdirir.

Oktyabrın 16-dək olan son epidemioloji hesabata əsasən, KDR-da epidemiyanın başlanmasından bəri ümumilikdə 9415 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 4536 nəfərə çatıb.

Eyni zamanda, Keniyada da yeni yoluxma halı aşkarlanıb. Keniya Səhiyyə Nazirliyinin bazar günü verdiyi məlumata görə, bununla da ölkədə təsdiqlənmiş yoluxma hallarının sayı səkkizə yüksəlib.

Virus daşıyıcısı 49 yaşlı kişidir və o, xəstələrə xidmət sahəsində çalışır. İlkin ehtimala görə, həmin şəxs Keniyada təmas nəticəsində virusa yoluxub.

Səhiyyə orqanları təmasda olan şəxsləri izləməyə və profilaktik tədbirləri gücləndirməyə davam edir. Yoluxmanın sərhədyanı ərazilərdə yayılması ehtimalı isə regionda epidemioloji vəziyyətlə bağlı narahatlığı artırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:57 19.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM