satellite   Azerspace-1: 11135 H 30000

Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfrans keçiriləcək.

NTV xəbər verir ki, konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA-nın dəstəyi, AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

Konfransın məqsədi Nizami Gəncəvinin zəngin yaradıcılıq irsini müasir nizamişünaslıq kontekstində araşdırmaq, şairin əsərlərinin Azərbaycan və dünya ədəbiyyatında, fəlsəfi-estetik fikirdə, tarix və mədəniyyətdə yerini yeni elmi yanaşmalar əsasında tədqiq etmək, bu sahədə aparılan araşdırmaların nəticələrini elmi ictimaiyyətlə bölüşmək və beynəlxalq elmi əməkdaşlığı genişləndirməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM