satellite   Azerspace-1: 11135 H 30000

İordaniya mediasında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı məqalələr dərc olunub

İordaniya mediasında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı məqalələr dərc olunub

İordaniyanın geniş oxucu auditoriyasına malik “Ammon News” (ərəb və ingilis dillərində), “Jordan Daily”, “Nayrouz” (ərəb və ingilis dillərində), “Əl Qubbah News”, “Rasid News” və “Əl-Bələd News” xəbər portallarında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş məqalələr dərc olunub.

NTV  xəbər verir ki, materiallarda 1991-ci il 18 oktyabr tarixinin Azərbaycanın müasir tarixində xüsusi yer tutduğu, həmin gün Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkənin dövlət suverenliyinin bərpasının hüquqi əsaslarının formalaşdırıldığı vurğulanıb. Qeyd olunub ki, bu tarixi qərar Sovet İttifaqında dərin siyasi dəyişikliklərin baş verdiyi və müttəfiq respublikalarda müstəqillik tələblərinin gücləndiyi bir dövrə təsadüf edib.

Məqalələrdə Azərbaycanın müstəqilliyinin bərpasının yeni dövlətin yaradılması deyil, 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin davamı olduğu diqqətə çatdırılıb. Bildirilib ki, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk demokratik respublikalardan biri kimi tarixə düşüb. Müasir Azərbaycan Respublikasının 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu diqqətə çatdırılıb.

Eyni zamanda, yazılarda qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası 1991-ci il dekabrın 29-da keçirilmiş ümumxalq referendumu ilə təsdiqlənib.

Məqalələrdə, həmçinin müstəqilliyin bərpasından sonra Azərbaycanın dövlətçilik institutlarının formalaşdırılması və milli kimliyin əsas atributlarının rəsmiləşdirilməsi istiqamətində atılmış addımlara da geniş yer verilib.

Məqalələrdə müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanın üzləşdiyi siyasi və iqtisadi çətinliklərə, habelə Qarabağ bölgəsi ətrafında baş vermiş silahlı münaqişəyə də toxunulub. Bununla yanaşı, müstəqilliyin bərpasının Azərbaycana öz siyasi inkişaf yolunu müəyyənləşdirmək, milli dövlət institutlarını qurmaq və suveren dövlət kimi xarici əlaqələrini həyata keçirmək imkanı yaratdığı vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM