satellite   Azerspace-1: 11135 H 30000

Təhsilin İnkişafı Fondu son üç ayda 86 nəfərin IELTS imtahan xərclərini qarşılayıb

Təhsilin İnkişafı Fondu son üç ayda 86 nəfərin IELTS imtahan xərclərini qarşılayıb

Təhsilin İnkişafı Fondu 2026-cı ilin üçüncü rübündə 14 ali təhsil müəssisəsini təmsil edən 86 nəfərin IELTS imtahanında iştirakına dəstək göstərib.

Bu barədə  NTV-yə Fonddan məlumat verilib. Bildirilib ki, Fondun ali təhsil müəssisələrinin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviqinə yönəlmiş layihəsi çərçivəsində iştirakçıların imtahan xərcləri qarşılanıb. Dəstək alanların 79-u tələbə, 7-si isə ali təhsil müəssisələrinin elmi-pedaqoji heyət üzvüdür. İştirakçıların 47-si qadın, 39-u kişidir.

Tələbələrin təhsil səviyyələri üzrə bölgüsünə əsasən, 71 nəfər bakalavriat, 6 nəfər magistratura, 2 nəfər isə doktorantura səviyyəsində təhsil alır.

IELTS imtahanı ingilis dili biliklərinin beynəlxalq səviyyədə qiymətləndirilməsinə imkan yaradır, təhsil və karyera perspektivlərinin genişləndirilməsinə töhfə verir.

Təhsilin İnkişafı Fondu bu təşəbbüslə ali təhsil müəssisələrinin təhsilalanlarının və elmi-pedaqoji heyət üzvlərinin beynəlxalq imkanlara çıxışını genişləndirməyi, onların akademik və peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM