satellite   Azerspace-1: 11135 H 30000

Mərkəzi Bank Slovakiya Milli Bankı ilə anlaşma memorandumu imzalayıb

 Mərkəzi Bank Slovakiya Milli Bankı ilə anlaşma memorandumu imzalayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində Slovakiya Milli Bankının sədri Peter Kazimirlə görüşüb.

AMB-dən NTV-yə bildirilib ki, görüş zamanı qlobal və regional makroiqtisadi mühit, maliyyə sektorunda müşahidə olunan inkişaf meyilləri və iki qurum arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub.

Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi, eləcə də mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqi məqsədilə anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində pul siyasəti, ödəniş sistemləri və maliyyə texnologiyaları, həmçinin bank, sığorta və kapital bazarlarının tənzimlənməsi və onlara nəzarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM