satellite   Azerspace-1: 11135 H 30000

İsveçdə yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar keçirilir

İsveçdə yeni hökumətin formalaşdırılması ilə bağlı danışıqlar keçirilir

İsveçdə parlament seçkilərinin keçirilməsindən bir aydan çox vaxt keçsə də, ölkədə yeni hökumət hələ də formalaşdırılmayıb. Bu vəziyyətdə Riksdaqın sədri Andreas Norlen Mərkəz Partiyasının lideri Elizabet Tand Rinqkvistə mərkəzçi hökumətin yaradılması imkanları ilə bağlı danışıqlar aparmağı tapşırıb.

Müvafiq qərar oktyabrın 19-da keçirilən mətbuat konfransında elan olunub.

NTV  xəbər verir ki, Tand Rinqkvist danışıqların nəticələri barədə bir həftə sonra, oktyabrın 26-da məlumat verməlidir.

Norlenin sözlərinə görə, həm sağçı, həm də solçu siyasi qüvvələrin nümayəndələri mərkəzçi hökumət variantının nəzərdən keçirilməsini dəstəkləyiblər. Bununla belə, Riksdaqın sədri vurğulayıb ki, Tand Rinqkvistə belə bir tapşırığın verilməsi onun namizədliyinin Baş nazir vəzifəsinə iddiaçı kimi mütləq parlamentin səsverməsinə çıxarılacağı demək deyil.

Mərkəz Partiyasının lideri özü isə bildirib ki, onun əsas məqsədi Baş nazir vəzifəsini tutmaq deyil, hökumətin formalaşdırılmasına kömək etməkdir. O, parlamentdə təmsil olunan bütün partiyaların liderlərini danışıqlara dəvət etmək niyyətindədir.

Xatırladaq ki, ötən həftə Sosial-Demokrat Partiyasının lideri Maqdalena Andersson Baş nazir vəzifəsinə namizədliyi ilə bağlı keçirilən səsvermədə Riksdaqın tələb olunan dəstəyini qazana bilməyib.

Andersson bundan əvvəl hökumətin formalaşdırılması ilə bağlı tapşırığın Mötədil Koalisiya Partiyasının lideri Ulf Kristerssona verilməsini təklif etmişdi. Lakin Kristersson özü hazırda parlamentdə qeyri-sosialist çoxluğun formalaşdırılması üçün lazımi zəminin olmadığını etiraf edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM