satellite   Azerspace-1: 11135 H 30000

Cammu və Kəşmirdə daşqınlar nəticəsində azı 30 nəfər həyatını itirib

Cammu və Kəşmirdə daşqınlar nəticəsində azı 30 nəfər həyatını itirib

Cammu və Kəşmirdə davamlı yağışların səbəb olduğu sel və daşqınlar nəticəsində azı 30 nəfərin həyatını itirdiyi bildirilir.

NTV “Hindustan Times” nəşrinə istinadla xəbər verir ki, yağışlar ərazidəki infrastruktura da ciddi zərər verib, körpülər dağılıb, elektrik dirəkləri aşıb və telekommunikasiya xətləri sıradan çıxıb. Eyni zamanda, dəmir yolu və avtomobil nəqliyyatının işində də problemlər yaranıb, bəzi yollar bağlanıb, qatar reysləri dayandırılıb. Xilasetmə əməliyyatları zamanı 3500 sakin təhlükəsiz yerlərə təxliyə edilib.

Cənubi Asiya regionunda davam edən musson yağışları Hindistan, Pakistan və digər ölkələrdə ciddi fəsadlar yaradıb. Pakistanda son 30 gün ərzində sel və daşqınlar nəticəsində 800-dən artıq insan, Hindistanın Himaçal Pradeş əyalətində isə təqribən 300 nəfər həyatını itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zəriflik nümunəsi

08:00 28.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM