Kiyevdə Rusiya ordusunun hücumları nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
NTV Ukrayna KİV-lərinə istinadən məlumatına görə, bunu Kiyev şəhər hərbi administrasiyası bildirib.
Ukrayna daxili işlər naziri İqor Klimenko dağılmış binanın qalıqları altından üç nəfərin xilas edildiyini bildirib.
"Ümumilikdə Kiyev üzrə eyni vaxtda təxminən 500 xilasedici və 1000 polis əməkdaşı işləyir. Kiyev polisi zərərçəkənlərlə işləyir. Artıq 60-dan çox istintaq-əməliyyat qrupu yerlərdədir", - o qeyd edib.
Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin nümayəndəsi Svetlana Vodolaqa bildirib ki, çoxmərtəbəli binanın qalıqları altında doqquz nəfər ola bilər: "Lakin bu insanların zərbə anında öz mənzillərində olub-olmadığı məlum deyil".
Qeyd olunur ki, paytaxtın 8 rayonu, o cümlədən Darnitsı və Dnepr rayonları zərər çəkib. Beş ərazidə qəza-xilasetmə işləri davam edir.
10:03
Rusiya Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Kiyevdə biri uşaq olmaqla azı 8 nəfər həlak olub.
NTV xəbər verir ki, bu barədə sosial şəbəkədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
09:01
Rusiya avqustun 28-i gecə saatlarında Ukrayna ərazisinə növbəti dəfə hücuma keçib.
NTV xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
Onun sözlərinə görə, Kiyevə endirilən kütləvi hava zərbələri nəticəsində dörd mülki şəxs həlak olub, 20-dən çox insan yaralanıb: "Ölənlər arasında iki uşaq var".
Nazir əlavə edib ki, Kiyevə hava hücumu 9 saatdan çox davam edib.
