satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə 90-dan çox şəxs qidadan zəhərlənib

Türkiyədə 90-dan çox şəxs qidadan zəhərlənib

Türkiyənin Rize şəhərində 94 nəfər qidadan zəhərlənib.

NTV "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Muradiye rayonunda mövlud oxudulan evlərdən birində baş verib.

Belə ki, qonaqlar onlar üçün hazırlanan yeməyi yedikdən sonra bulantı və qusma yaşayıblar.

Ümumilikdə 94 nəfər zəhərlənmə diaqnozu ilə yerli xəstəxanada hospitalizasiya edilib. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır olduğu qeyd olunub.

Hadisə ilə bağlı Kənd Təsərrüfatı və Meşəçilik İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM