satellite   Azerspace-1: 11135 H 30000

Tufan Erhürman ilk səfərini Türkiyəyə edəcək

Tufan Erhürman ilk səfərini Türkiyəyə edəcək

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman ilk xarici ölkə səfərini Türkiyəyə edəcək.

NTV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran "X" sosial media hesabında yazıb.

Onun sözlərinə görə, Tufan Erhürman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə noyabrın 13-də Türkiyəyə rəsmi səfər edəcək.

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə–Şimali Kipr Türk Respublikası arasındakı münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM