satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistanda qədim freskalar tapılıb

Özbəkistanda qədim freskalar tapılıb

Özbəkistanın Kanka yaşayış məntəqəsində yerləşən böyük bir karvansaranın ərazisində qədim freskalar aşkar edilib.

NTV Özbəkistan Elmlər Akademiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, karvansara qədim şəhərin cənub qapısından təxminən 60 metr məsafədə yerləşir və ümumi ölçüləri təxminən 100x70 kvadratmetrdir. Bina memarlıq əzəməti ilə seçilir.

Karvansara otaqlarından birində aparılan qazıntılar zamanı divarlardan düşmüş freska parçaları tapılıb. Bu tapıntılar göstərir ki, ərəb işğalından sonra müvəqqəti olaraq yoxa çıxan divar rəsmləri sənəti X-XI əsrlərdə Daşkənd bölgəsində yenidən canlanıb.

Arxeoloji məlumatlara görə, oxşar rəsmlər Səmərqənd və Axsikent abidələrində də aşkar edilib. Bu rəsmlərin Mədəni İrs Agentliyinin Səmərqənd Arxeologiya İnstitutunun bərpaçılarının iştirakı ilə apardığı tədqiqi Daşkənddə də divar rəsmləri məktəbinin mövcudluğunu göstərir. 2023-cü ildə ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı V-VII əsrlərə aid divar rəsmləri aşkar edilmişdi. Kankadakı kəşf təkcə bölgədəki mədəni həyatı və divar rəsmləri sənətinin inkişafını anlamaq üçün deyil, həm də Daşkənd bölgəsinin orta əsrlər tarixini öyrənmək baxımından əhəmiyyətlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM