satellite   Azerspace-1: 11135 H 30000

“Əl-Cəzirə”: Qəzzada epidemiya riski çox yüksəkdir

“Əl-Cəzirə”: Qəzzada epidemiya riski çox yüksəkdir

Qəzza zolağında ekoloji vəziyyət fəlakətli səviyyəyə çatır, epidemiya riski çox yüksəkdir.

NTV xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı anklavın cənubunda yerləşən Xan Yunis bələdiyyəsinin sədrinə istinadla məlumat yayıb. “Xəstəlik və epidemiyaların yayılmasına səbəb olacaq əsl fəlakətlə üz-üzəyik", - deyə bələdiyyə sədri vurğulayıb. O əlavə edib ki, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində baş vermiş dağıntıların miqyası olduqca böyükdür, bu da zibil və tullantı yerlərinə girişi çətinləşdirir və onların vaxtında daşınmasını qeyri-mümkün edir. Bombardman nəticəsində sektorun bitki örtüyünün 90 faizinin məhv olması vəziyyəti daha da ağırlaşdırır.

Bu ərəfədə BMT-nin İnkişaf Proqramının Qəzza ofisinin rəhbəri Alessandro Mrakic də “Reuters” agentliyinə bildirib ki, anklav tonlarla zibillə doludur və antisanitar şərait yerli əhalinin sağlamlığına ciddi təhlükə yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM