satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyanın ilk kiçik nüvə elektrik stansiyası Uelsdə inşa olunacaq

Böyük Britaniyanın ilk kiçik nüvə elektrik stansiyası Uelsdə inşa olunacaq

Böyük Britaniyada ilk dəfə kiçik modul reaktorlarla təchiz olunmuş nüvə elektrik stansiyası Uelsin şimal sahilində yerləşən Anglesey adasında tikiləcək.

NTV BBC-yə istinadla xəbər verir ki, layihə çərçivəsində ilkin mərhələdə 3 kiçik modul reaktor qurulacaq, lakin gələcəkdə bu sayın 8-dək artırılması mümkündür. Tikinti işlərinə gələn il başlanması planlaşdırılır və stansiyanın 2030-cu ilin ortalarında enerji istehsalına başlaması nəzərdə tutulur.

Böyük Britaniya hökumətinin 2,5 milyard funt sterlinq dəyərində investisiya etdiyi layihə dövlətə məxsus “Great British Energy-Nuclear” tərəfindən həyata keçiriləcək və təxminən 3 milyon evin enerji tələbatını ödəyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM