London meri Sadıq Xan elektrik nəqliyyat vasitələri üçün mövcud güzəştləri ləğv edərək yeni mərhələli tarif sisteminə keçid edəcəyini açıqlayıb.
NTV xəbər verir ki, qərara əsasən, elektrik avtomobili sahibləri paytaxtda hər gün sürmək üçün 13,50 funt sterlinq, elektrik furqon və yük maşınları isə 9 funt sterlinq ödəməli olacaqlar. Bununla yanaşı, elektrik olmayan avtomobillər üçün tıxac rüsumu 2026-cı il yanvarın 2-dən etibarən 18 funt olacaq.
