satellite   Azerspace-1: 11135 H 30000

Kiyev raket və dronlarla vurulur, dağıntılar var

Kiyev raket və dronlarla vurulur, dağıntılar var

Rusiya ordusu noyabrın 14-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə hava hücumu edib.

NTV-nin verdiyi məlumata görə, gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilib.

Hava hücumu zamanı müxtəlif tipli, o cümlədən ballistik raketlərdən, zərbə dronlarından istifadə edilib.

Zərərsizləşdirilən dronlar və raketlər Kiyevin bəzi yaşayış binalarında yanğına səbəb olub.

Kiyev şəhər meri Vitali Kliçko “Teleqram” səhifəsində yazıb ki, hava hücumu nəticəsində ilkin məlumata görə, Podol, Şevçenko, Dneprovsk, Desnyansk rayonlarının çoxmərtəbəli binalarında dağıntılar qeydə alınıb. Mülki insanlar arasında xəsarət alanlar var.

Hazırda da Kiyevə çoxkombinasiyalı hava hücumu davam edir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM