satellite   Azerspace-1: 11135 H 30000

Ankarada təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir

Ankarada təyyarə qəzasında şəhid olan hərbçilərlə vida mərasimi keçirilir

Türkiyənin Gürcüstanda qəzaya uğrayan yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada vida mərasimi keçirilib.

NTV-nin  məlumatına görə, Mürted Hava Bazası Komandanlığında keçirilən vida mərasimində Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri, şəhid hərbçilərin yaxınları iştirak ediblər.

Vida mərasiminin ardınca cənazələr hərbçilərin doğulduğu bölgələrə göndərilib.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM