satellite   Azerspace-1: 11135 H 30000

Arktikada temperatur rekord həddə çatıb

Arktikada temperatur rekord həddə çatıb

2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrına qədər Arktikada hava temperaturu 1900-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.

NTV xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının yaydığı hesabatda bildirilir.

Alimlərin fikrincə, hava və okean sularının temperaturunun artması buzlaqların sürətlə əriməsinə səbəb olur ki, bu da Arktika mənzərəsində ciddi dəyişikliklər yaradır. Buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxarır və nəticədə sürüşmə və sunami riskləri artır.

Bundan əlavə, buzlaqlardan ayrılan dəmir və digər kimyəvi elementlər Arktika sularına daxil olaraq ətraf mühitin çirklənməsinə səbəb olur. Bu proses Çukçi və Berinq dənizlərində yaşayan bəzi fauna növləri üçün təhlükə yarada bilər.

Hesabatında qeyd olunur ki, son onillik Arktika bölgəsi üçün müşahidələr tarixində ən isti dövr olub.

Qeyd edək ki, iyunun 19-da alimlərin Arktikada qeyri-adi yaşıllaşma prosesindən narahat olduqları barədə məlumat yayılmışdı. Daha əvvəl isə Alp dağlarındakı əbədi buzlaqların da ciddi təhlükə altında olduğu bildirilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM