satellite   Azerspace-1: 11135 H 30000

Kamboca sərhədində baş verən döyüşlərdə həlak olan Tailand əsgərlərinin sayı 19-a çatıb

Kamboca sərhədində baş verən döyüşlərdə həlak olan Tailand əsgərlərinin sayı 19-a çatıb

Kamboca ilə sərhəddə baş verən silahlı toqquşmalar zamanı həlak olan Tailand hərbçilərinin sayı 17-dən 19-a yüksəlib.

NTV xəbər verir ki, bu barədə Tailand Quru Qoşunlarının İkinci Hərbi Bölgəsi məlumat yayıb.

Dekabrın 16-da baş verən hadisələrlə bağlı yayımlanan açıqlamada bildirilir: “Ta Kvay bölgəsində və 350-ci yüksəklikdə toqquşmalar davam edir. Döyüşlər zamanı iki hərbçimiz həlak olub”.

Daha əvvəl verilən məlumata görə, Tailand qoşunları Surin əyalətində yerləşən qədim Ta Kvay məbəd kompleksi üzərində nəzarəti ələ keçirərək Kamboca qüvvələrini ərazidən çıxarıb.

Qeyd edək ki, kiçik silahlarla toqquşmalar dekabrın 7-də başlayıb. Dekabrın 8-də Tailand Quru Qoşunları Kamboca qüvvələrinin sərhəd bölgəsindəki mövqeləri atəşə tutduğunu bildirib. Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib.

Kamboca tərəfi toqquşmalar zamanı geri dönməz itkilər barədə məlumat verməyib. Bununla belə, Tailand tərəfinin məlumatına görə, döyüşlərdə 200-dən çox Kamboca hərbçisi həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM