satellite   Azerspace-1: 11135 H 30000

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır

Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən tətbiq olunan tariflərdən Hindistan rupisi qədər heç bir valyuta zərər görməyib.

NTV “Reuters”ə istinadla xəbər verir ki, artan ticarət kəsiri, ABŞ-ın 50 faizlik cəzalandırıcı tarifləri və investisiya axınları səbəbindən rupi bu il dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır. Ekspertlər azalmaların davam etdiyini proqnozlaşdırırlar, çünki investorlar rəsmi Vaşinqtonla ticarət razılaşması əldə olunana qədər vəsaitlərini ölkədən çıxaracaqlar.

Hindistan rupisi dollara qarşı rekord səviyyədə - 6 faiz ucuzlaşaraq 1 dollar üçün 91,075 təşkil edib.

Bu il Hindistan səhmlərindən rekord səviyyədə - 18 milyard dollar çıxararaq valyutaya təzyiqi artıran aktiv menecerlərinin fikrincə, vəziyyətin tez bir zamanda dəyişməsi ehtimalı azdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM