satellite   Azerspace-1: 11135 H 30000

Estoniya Rusiya ilə sərhəd yaxınlığında daha 23 bunkerin tikintisinə başlayacaq

Estoniya Rusiya ilə sərhəd yaxınlığında daha 23 bunkerin tikintisinə başlayacaq

Estoniya Baltik Müdafiə Xəttinin bir hissəsini təşkil edəcək ilk beş bunkerin inşasına başlayıb.

NTV xəbər verir ki, ERR dövlət teleradio kompaniyasının məlumatına görə, yaxın aylarda daha 23 bunkerin tikintisinə start veriləcək.

Ümumilikdə isə 2027-ci ilin sonunadək Estoniyanın şimal-şərqində və cənub-şərqində 600-ə yaxın bunkerin və 40 kilometrlik tank əleyhinə xəndəyin inşası planlaşdırılır.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında Polşa və Baltikyanı ölkələr Rusiya və Belarusla sərhəddə müdafiə xəttinin tikintisi üçün Avropa İttifaqından maddi dəstək istəyib. Müdafiə xəttinin inşası NATO ilə əlaqəli şəkildə və alyansın hərbi tələblərinə uyğun olaraq həyata keçirilməlidir. 700 kilometrlik müdafiə xəttinin tikintisi üçün azı 2,5 milyard avronun tələb olunduğu bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM