satellite   Azerspace-1: 11135 H 30000

Estoniya XİN Rusiyaya nota verib

Estoniya XİN Rusiyaya nota verib

Estoniya Xarici İşlər Nazirliyi (XİN) üç Rusiya sərhədçisi tərəfindən sərhədin qanunsuz keçilməsi ilə bağlı bu ölkənin diplomatik nümayəndəsinə rəsmi nota təqdim edib.

Bu barədə NTV Estoniya XİN-ə istinadən xəbər verir.

Notada göstərilib ki, Rusiya formasında olan sərhədçilər Estoniya sərhədini keçib və hava yastıqlı qayıqda Vasknarvadakı liman körpüsünə gəliblər.

Qeyd edilib ki, Şərq prefekturası mümkün yeni insidentlərə operativ reaksiya vermək üçün sərhəd patrulunu gücləndirib.

Qeyd edək ki, dekabrın 18-i, sərhəd xidmətləri nümayəndələrinin görüşü planlaşdırılıb. Estoniya tərəfi orada Rusiyadan sərhədin keçilməsi faktına dair izahat gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM