satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib

ABŞ Dövlət Departamenti Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə qarşı sanksiya tətbiq edib. NTV-nin məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio açıqlama yayıb. O bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki hakimi - Gürcüstandan Qoça Lordkipanidze və Monqolustandan Erdenebalsuren Damdin İsrailin razılığı olmadan məhkəmənin İsrail vətəndaşlarını araşdırmaq, həbs etmək, saxlamaq və ya məhkəməyə vermək səylərində birbaşa iştirak ediblər. O əlavə edib ki, BCM bütün millətlər üçün təhlükəli bir presedent yaradan İsraili hədəf alan siyasiləşdirilmiş fəaliyyətlərdə iştirak etməyə davam edib. “Biz ABŞ və İsrailin suverenliyini pozmaq və ABŞ və İsrail vətəndaşlarını səhvən BCM-in yurisdiksiyasına cəlb etmək istiqamətində səlahiyyətlərdən sui-istifadəyə dözməyəcəyik”,- deyə Rubio vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM