Polşa İkinci dünya müharibəsindən sonra ilk dəfə piyadalar əleyhinə mina istehsal etməyi planlaşdırır.
NTV xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Pavel Zalevski “Reuters”ə müsahibəsində bildirib.
Nazir müavini qeyd edib ki, minalar ölkənin şərq sərhədlərinə düzüləcək və zəruri hallarda Ukraynaya veriləcək. Bu məqsədlə Varşava piyadalar əleyhinə minaların qadağan edilməsini nəzərdə tutan Ottava sazişindən də çıxmağı planlaşdırır.
