satellite   Azerspace-1: 11135 H 30000

ABŞ “Green card” lotereyasının fəaliyyətini dayandırır

ABŞ “Green card” lotereyasının fəaliyyətini dayandırır

Ağ Ev Braun Universitetinə hücumda şübhəli bilinən şəxsin ABŞ-a bu proqram vasitəsilə gəldiyini ehtimal etdiyi üçün “Green card” lotereyasının fəaliyyətini dayandıracaq.

NTV xəbər verir ki, “Reuters” agentliyi bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Naziri Kristi Noemə istinadla məlumat yayıb. “Amerikalıların artıq bu proqramdan zərər görməmələri üçün Birləşmiş Ştatların Prezidenti Donald Trampın göstərişi ilə USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri) DV1 proqramını dayandırmağı əmr edirəm”, - deyə Kristi Noem bildirib.

Xatırladaq ki, dekabrın 13-ü axşamı saatlarında Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində silahlı insident baş verib. Hadisə nəticəsində azı iki nəfər ölüb, doqquz nəfər isə yaralanıb. Federal Təhqiqatlar Bürosu cinayəti törədən şəxsin tapılmasına yardımçı olacaq məlumata görə 50 min dollar mükafat vəd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM