satellite   Azerspace-1: 11135 H 30000

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub

Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub

Rusiya və Ukrayna növbəti dəfə hərbçilərin meyitlərinin mübadiləsini həyata keçirib.

NTV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski öz teleqram kanalında bildirib.

"İstanbul razılaşmaları çərçivəsində Ukraynaya min hərbçisinin meyiti, Rusiyaya isə 26 hərbçisinin meyiti təhvil verilib", - deyə o yazıb.

Xatırladaq ki, oktyabrın sonunda Rusiya İstanbul razılaşmaları çərçivəsində Kiyevə min hərbçinin meyitini təhvil verib, Ukrayna tərəfi isə 31 meyiti qaytarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM