satellite   Azerspace-1: 11135 H 30000

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik

Rusiya Prezidenti Vladimir Putin Moskvanın sülhdə və hərbi münaqişələrin olmamasında maraqlı olduğunu, lakin bunun üçün böhranın kök səbəblərinin aradan qaldırılmasının vacibliyini bildirib.

NTV xəbər verir ki, “Vladimir Putinlə ilin yekunları” proqramında serbiyalı jurnalistin sualına cavab olaraq Rusiya dövlət başçısı deyib: “Biz də gələn il sülh şəraitində və heç bir hərbi münaqişə olmadan yaşamağı çox istərdik”.

Onun sözlərinə görə, sülhün uzunmüddətli, möhkəm və davamlı olması üçün münaqişənin kök səbəblərinin aradan qaldırılmasına nail olmaq lazımdır.

Ukraynanın NATO-ya qoşulması ilə bağlı suala cavab olaraq Putin qeyd edib ki, Rusiya dövlətlərin öz təhlükəsizliyini təmin etmək üçün qərarları müstəqil şəkildə seçmək hüququnu inkar etmir, lakin bu cür qərarların Rusiya üçün təhlükə yaratmamalı olduğunu vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM