satellite   Azerspace-1: 11135 H 30000

Güclü leysanlardan sonra Dubayı su basıb: bir nəfər həlak olub - FOTOLAR

Güclü leysanlardan sonra Dubayı su basıb: bir nəfər həlak olub<font color=red> - FOTOLAR</font> Güclü leysanlardan sonra Dubayı su basıb: bir nəfər həlak olub<font color=red> - FOTOLAR</font>

Birləşmiş Ərəb Əmirliklərində ildırımla müşayiət olunan güclü fırtınalar davam edir. Hakimiyyət orqanları əhalini evdə qalmağa, daşqınlara məruz qalan ərazilərdən uzaq durmağa və hava şəraitinin qeyri-sabit qalması səbəbindən səfərləri məhdudlaşdırmağa çağırır. Hazırda intensiv leysanların törətdiyi genişmiqyaslı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

NTV “Gulfnews” portalına istinadla xəbər verir ki, əvvəlcə regionu güclü qum fırtınası bürüyüb, bundan sonra başlayan leysan yağışları ölkənin ən böyük şəhərlərindən biri olan Dubayın bir sıra ərazilərini su altında qoyub.

Jurnalistlər tərəfindən yayımlanan kadrlarda şəhərin küçələrinin tamamilə su ilə dolduğu, nəticədə bir çox lüks avtomobillərin sözün əsl mənasında yolboyu üzdüyü görünür. Bundan əlavə, güclü külək hotellərin yerləşdiyi çimərliklərə ciddi ziyan vurub.

Təhlükəsizlik məqsədilə hakimiyyət orqanları bir neçə şəhər parkını və ictimai çimərlikləri bağlayıb.

Kəskin hava şəraiti ilə əlaqədar “Emirates” və “flydubai” aviaşirkətləri bir sıra reysləri ləğv edib və ya təxirə salıb. Səhiyyə və Ətraf Mühit Nazirliyi zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən özəl şirkətləri distant iş rejiminə keçməyə çağırıb, Əbu-Dabi şəhərində isə kütləvi tədbirlərin keçirilməsi dayandırılıb. Güclü yağışlar zamanı Ras-əl-Xaymada divarın uçması nəticəsində 27 yaşlı hindistanlı mühacir Salman Fariz həlak olub.

Ölkənin Milli Meteorologiya Mərkəzi yağışların, fırtınaların, dolunun, güclü küləyin, tozlu hava şəraitinin və dənizdə güclü dalğalanmanın davam edəcəyi barədə xəbərdarlıq edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM