ABŞ Çin Xalq Respublikasından olan bir tədqiqatçını ölkəyə bağırsaq çöplərini (E.Coli) gətirməkdə ittiham edib.
NTV-nin məlumatına görə, bu barədə Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel "X" sosial şəbəkəsində paylaşım edib.
"Çindən J-1 vizası ilə gəlmiş elmi əməkdaş Yuxuan Syan ABŞ-yə bağırsaq çöplərini (E.Coli) qaçaqmalçılıq yolu ilə gətirməkdə və bu barədə yalan məlumat verməkdə ittiham olunub", – deyə o yazıb.
Onun sözlərinə görə, tədqiqatçı Amerika qanunlarını pozaraq Çindən göndərilən bağlamada gizlədilmiş bioloji materialları əldə etməyə çalışıb. Patel qeyd edib ki, bağırsaq çöpləri ABŞ-də məhsullara ciddi zərər vura və ölkə iqtisadiyyatına böyük maliyyə itkiləri gətirə bilər.
