satellite   Azerspace-1: 11135 H 30000

Honkonqda baş verən yanğında ölənlərin sayı 161-ə çatıb

Honkonqda baş verən yanğında ölənlərin sayı 161-ə çatıb

Honkonqda “Vanq Fuk Kort” yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.

NTV xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Honkonqun Tay Po rayonunda baş vermiş yanğınla bağlı daha bir nəfərin öldüyü təsdiqlənib və bununla da həlak olanların ümumi sayı 161-ə yüksəlib.

Qeyd olunur ki, məlumatlar məhkəmə-tibbi ekspertiza zamanı yeni bir şəxsə aid DNT nümunəsinin aşkarlanması nəticəsində yenilənib.

Daha əvvəl bildirilib ki, Honkonqda yaşayış kompleksində baş verən yanğın nəticəsində dəyən maddi zərər 642 milyon ABŞ dollarından çox qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM