satellite   Azerspace-1: 11135 H 30000

Media: ABŞ Qəzzanın yenidən qurulması üçün 112 milyard dollarlıq layihə hazırlayır

Media: ABŞ Qəzzanın yenidən qurulması üçün 112 milyard dollarlıq layihə hazırlayır

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Qəzza zolağının yenidən qurulması ilə bağlı təklif hazırlayıblar.

NTV  xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.

“Sunrise” adlanan layihə “bombalanmış anklavın parlaq bir metropolisə” çevrilməsini nəzərdə tutur. Amerika tərəfinin hesablamalarına görə, layihənin icrası 10 il çəkəcək və 112,1 milyard dollara başa gələcək. Nəşr qeyd edir ki, planda Qəzzanın yenidən qurulmasının hansı ölkələr və şirkətlər tərəfindən maliyyələşdiriləcəyi, eləcə də 2 milyon fələstinlinin yenidənqurma dövründə harada yaşayacağı göstərilmir.

Nəşr yazır ki, Vaşinqton bu layihədə əsas rol oynamağa hazırdır, 60 milyard dollarlıq qrantların ayrılmasını dəstəkləyir və bütün işlərin icrası üçün veriləcək kreditlərə zamin durmağı nəzərdə tutur. Plana əsasən, Qəzza zolağı 10 il ərzində yenidənqurma işlərini tədricən öz hesabına maliyyələşdirə və sonradan kreditlərin qaytarılmasına başlaya bilər.

Adı açıqlanmayan ABŞ rəsmisi qəzetə bildirib ki, təklif artıq “varlı Körfəz krallıqları, Türkiyə və Misir də daxil olmaqla potensial donorlara” təqdim olunub.

Məlumata görə, Vitkoff, Kuşner və bir neçə digər rəsmi son 45 gün ərzində İsrail, özəl sektor nümayəndələri və podratçılarla məsləhətləşmələr apararaq plan üzərində işləyiblər. Qəzet yazır ki, ABŞ administrasiyasında bəzi şəxslər layihəyə skeptik yanaşır, həm HƏMAS-ın silahı yerə qoymaq niyyətini, həm də Vaşinqtonun digər ölkələri “təhlükəli müharibədən sonrakı zonanı yüksək texnologiyalı şəhər məkanına” çevirməyə investisiya qoymağa inandırmaq imkanlarını şübhə altına alırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM