satellite   Azerspace-1: 11135 H 30000

Prezident Ərdoğan: Türkiyə 2028-ci ildə müdafiə sənayesi üzrə dünyada ilk 10-luğa daxil olmağı hədəfləyir

Prezident Ərdoğan: Türkiyə 2028-ci ildə müdafiə sənayesi üzrə dünyada ilk 10-luğa daxil olmağı hədəfləyir

Türkiyənin 2028-ci il üçün müdafiə sənayesi üzrə müəyyən etdiyi hədəf 11 milyard dollarlıq ixrac göstəricisi ilə dünyada ilk 10-luğa daxil olmaqdır. Dünyada öz döyüş gəmisini təkmilləşdirib, dənizə endirən 10 ölkədən biri Türkiyədir.

NTV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Gəmiqayırma Zavodu Komandanlığında dəniz platformalarının istifadəyə verilməsi mərasimində bildirib.

Türkiyə Prezidenti “TCG Anadolu” amfibiya gəmisindən daha böyük, uzunluğu 300 metr olan aviadaşıyıcı gəmisinin inşasına başlandığını açıqlayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsində həyata keçirilən hər bir layihədə təkcə məhsulu təkmilləşdirməklə kifayətlənmədiyini, eyni zamanda, ekosistemi, insan resurslarını və texnologiya istehsalı potensialını da böyütməyi hədəflədiyini qeyd edib.

Tədbirdə iştirak edən Pakistan nümayəndə heyətini salamlayan Türkiyə Prezidenti müdafiə sənayesi üzrə bu ölkə ilə imzalanan layihə və ortaq hədəflərə də toxunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM