Türkiyənin Moskvadan Antalyaya uçan "Pegasus" aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən Mersin şəhərindəki Çukurova hava limanına təcili eniş edib.
NTV xəbər verir ki, bu barədə Türkiyənin mülki aviasiya xəbər platforması "HavaSosyalMedya" məlumat verib.
Sinoptiklər əvvəllər bazar günü Antalyada güclü yağış, daşqın təhlükəsi və tufan ehtimalı barədə xəbərdarlıq ediblər.
Belə ki, "Pegasus"a məxsus "PC1577" reysini həyata keçirən "TC-NBO" qeydiyyat nömrəli "Airbus A320neo" təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən təyinat yerinə eniş edə bilməyib və Çukurovadakı alternativ aerodroma yönləndirilib.
Bölgədə güclü külək və yağışlı hava davam edir. Bu da təyyarənin Antalyaya enişini çətinləşdirir.
Qeyd edək ki, Mersinlə Antalya arasındakı məsafə 600 km-dən çoxdur.
