satellite   Azerspace-1: 11135 H 30000

KİV: Çin Monqolustanla sərhəddə 100-dən çox nüvə raketi yerləşdirib

KİV: Çin Monqolustanla sərhəddə 100-dən çox nüvə raketi yerləşdirib

Çin Monqolustanla sərhəddə üç mədən sahəsində 100-dən çox DF-31 tipli qitələrarası ballistik raket yerləşdirib və öz nüvə arsenalını fəal şəkildə artırmağa davam edir.

NTV xəbər verir ki, bu barədə "Reuters" Pentaqonun hesabat layihəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, Pekin nüvə arsenalını digər nüvə dövlətlərindən daha sürətlə genişləndirir və modernləşdirir. 2024-cü ildə Çinin nüvə başlıqlarının sayı təxminən 600 olaraq qiymətləndirilir, lakin 2030-cu ilə qədər bu rəqəm 1000-dən çox ola bilər.

Həmçinin qeyd olunur ki, Çin özünümüdafiə strategiyasına və "ilk zərbə vurmamaq" siyasətinə sadiq qalır. Pekin 2027-ci ilin sonuna qədər Tayvanla mümkün münaqişəyə hazır olmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM