satellite   Azerspace-1: 11135 H 30000

Donald Tramp Kolumbiya Prezidentindən kokain fabriklərini bağlamağı tələb edib

Donald Tramp Kolumbiya Prezidentindən kokain fabriklərini bağlamağı tələb edib

ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu narkotik vasitələrin istehsalına göz yummaqda ittiham edib və ölkə rəhbərliyini kartellərə qarşı mübarizəni gücləndirməyə çağırıb.

NTV xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bunu Florida ştatının Vest-Palm-Biç şəhəri yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərə açıqlamasında deyib. “Kolumbiya Prezidenti ehtiyatlı olmalıdır, çünki onun Kolumbiyada kokain istehsal edən laboratoriyaları var. Qustavo Petro ABŞ-ın dostu deyil və çox pis adamdır. O, ehtiyatlı olmalıdır. İstehsal etdikləri kokain ABŞ-a göndərilir”, - deyə Donald Tramp bildirib.

“Biz Kolumbiya xalqını sevirik. Onlar gözəl insanlardır. Lakin yeni liderləri problem yaradır. Siz həmin kokain fabriklərini bağlamalısınız. Kolumbiyada üç böyük kokain fabriki var və biz onların harada olduğunu bilirik”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Qeyd edək ki, Donald Tramp əvvəllər ABŞ-ın Karib dənizindəki narkotik alverçilərinə qarşı hərbi əməliyyatları Kolumbiya və Meksikayadək genişləndirə biləcəyini söyləyib. Vaşinqton Venesuela hakimiyyətinin narkotik qaçaqmalçılığına qarşı mübarizədə kifayət qədər aktivlik göstərmədiyi barədə əsassız ittihamlar irəli sürüb. Pentaqon, eyni zamanda, Karib dənizinə “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında zərbə qrupu, nüvə sualtı qayıq və 16 mindən çox hərbçi göndərib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM