satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-də qocalar evində partlayış olub, ölənlər var

ABŞ-də qocalar evində partlayış olub, ölənlər var

Pensilvaniyanın (ABŞ) "Silver Lake" qocalar evində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

NTV NBC telekanalına istinadən verdiyi məlumata görə, hadisənin ilkin səbəbi qaz sızması hesab edilir.

Məlumata görə, partlayışdan sonra binada güclü yanğın baş verib.

Bristol dairəsinin yanğından mühafizə rəisi Kevin Dippolito bildirib ki, beş nəfərin itkin düşdüyü güman edilir: "Lakin onlar ailə üzvləri ilə birlikdə hadisə yerini tərk edə bilərlər".

Polis əməkdaşının sözlərinə görə, yaralanan 20 nəfər xəstəxanalara yerləşdiriliblər.

Partlayış nəticəsində birinci mərtəbənin bir hissəsi çöküb. Xilasedicilər insanları pəncərələrdən və lift şaxtasından təxliyə etməli olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM