satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Zaporojyeyə hücum edib

Rusiya Zaporojyeyə hücum edib

Rusiya dekabrın 24-nə keçən gecə Ukraynanın Zaporojye şəhərinə üç idarə olunan aviabomba atıb.

NTV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Milli Polisə və Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorova istinadən məlumat yayıb.

Hücum nəticəsində yaşayış evləri, nəqliyyat vasitələri və mülki infrastruktur obyektləri zədələnib. Üç nəfər yaralanıb. Rusiya qoşunları səhər saat dörd radələrində yaşayış məhəlləsini atəşə tutub, ən azı üç aviazərbə endirib. Hərbçilərin məlumatına əsasən, Zaporojye istiqamətində idarə olunan aviasiya bombalarının atılıb. Partlayışlar nəticəsində çoxmərtəbəli yaşayış binası zədələnib.

"Hücum nəticəsində qarajlar və avtomobillər yanıb. Fövqəladə xidmətlər iş başındadır", - İ.Fyodorov qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM