satellite   Azerspace-1: 11135 H 30000

Tramp 3 telekanalı kəskin tənqid edib

Tramp 3 telekanalı kəskin tənqid edib

ABŞ Prezidenti Donald Tramp Amerikanın bir neçə telekanalını kəskin tənqid edərək, onların xəbər və əyləncə proqramlarının özünə və Respublikaçılar Partiyasına qarşı mənfi rəy yaratdığını bildirib.

NTV  xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bu barədə özünün sosial media hesabında yazıb. “Əgər televiziyaların xəbər buraxılışları və axşam şouları Prezident Donald Trampa, MAGA hərəkatına (Make America Great Again) və Respublikaçılar Partiyasına qarşı demək olar ki, 100 faiz mənfi rəy yaradırsa, onların son dərəcə bahalı yayım lisenziyaları ləğv edilməməlidir? Mən bəli deyərdim!”, - deyə Donald Tramp vurğulayıb.

O, həmçinin CBS, ABC və NBC telekanallarının əyləncə proqramlarının aparıcılarını tənqid edərək, onları “istedad çatışmazlığı, yüksək maaşlar və son dərəcə aşağı reytinqlər” birləşdirdiyini yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM